Fransada prezident seçkiləri başladı

Fransada prezident seçkiləri başladı
08:43 23 Aprel 2017
136 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada prezident seçkilərinin birinci turu keçirilir.

Publika.az xəbər verir ki, seçkidə 45 milyondan çox seçicinn iştirakı gözlənilir. Fransa vətəndaşları mayın 7-də baş tutacaq ikinci tur üçün 2 namizədin adını müəyyən etməlidir. Artıq bir sıra ölkələrdə Fransa vətəndaşları üçün seçki məntəqələrində səs verib.

Seçkilərin favoritləri “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və “Milli cəbhə”nin lideri Marin Le Pen hesab olunur. Keçirilən sorğulara görə, məhz bu iki namizədin ikinci tura çıxmaq şansı daha çoxdur. Onlardan sonra “Respublikaçılar” partiyasından Fransua Fiyon və “Tabe olmayan Fransa” hərəkatını təmsil edən Jan-Lyuk Melanşon ikinci mərhələyə keçmək uğrunda mübarizə aparacaq populyar namizədlərdir.

Fransada səsvermə yerli vaxtla 20:00-da başa çatacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR