Fransada prezident seçkilərinin birinci turu başladı

Fransada prezident seçkilərinin birinci turu başladı
09:12 23 Aprel 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Fransada prezident seçkilərinin birinci turunun səsverməsi başlayır.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, 45 milyondan artıq fransalı seçici mayın 7-də prezident kürsüsü uğrunda mübarizə aparacaq iki namizədin adı müəyyən edəcək.

Seçki məntəqələrinin qapıları Fransanın Avropa hissəsində Paris vaxti ilə saat 08:00-da açılacaqdır. Ölkənin xaricdə yerləşən ərazilərində saat fərqinə görə səsvermə aprelin 22-si başlayıb.

Fransanın ali siyasi postu uğrunda seçkilərinin favoritləri kimi "Marşda" hərəkatının banisi Emmanuel Makron və "Milli cəbhənin" lideri Marin Le Pen qeyd olunurlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR