Dördüncülük uğrunda amansız savaş

Dördüncülük uğrunda amansız savaş
09:52 23 Aprel 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək. Milli.Az-ın apasport.az saytına istinadən məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

Hər 3 görüş eyni vaxtda, saat 17:00-da start götürəcək.

Çempionluğu vaxtından əvvəl təmin edən "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Ağdamlılar qızıl medallarına bu matçdan sonra qovuşacaqlar. Görüş Qurban Qurbanovun komandası üçün firmal xarakter daşısa da, "kimyaçılar" üçün olduqca əhəmiyyətlidir. Belə ki, 4-cülük uğrunda savaşan Samir Abasovun komandası məğlub olacağı və digər matçda "Zirə"nin qələbəsi halında bu arzusundan əl çəkməli olacaq.

Elə "Zirə" - "Neftçi" oyunu da Avrokuboklara vəsiqə verən sonuncu - dördüncü yer baxımından çox vacib görüşdü. İndiki məqamda Ayxan Abbasovun yetirmələrinin taleyi öz əllərindədi. Lazımi nəticəəldə olunsa, "qəsəbə komandası" arzusuna çatacaq. Ancaq "Neftçi" ilə matç o qədər də asan olmayacaq. "Ağ-qaralar" sonuncu nəfəslərinə qədər döyüşmək və cüzi də olsa, davam edən ümidlərini yaşatmaq haqqında düşünürlər. "Zirə"yə məğlub olacağı halda, "Neftçi" avrokubok xəyalından əl çəkəcək. Ev sahiblərinin qalibiyyəti qeydə alınsa, "Zirə" digər görüşlərdəki nəticələrə əsasən, Avropa Liqasına vəsiqəni bu tur təmin edə bilər. Bunun üçün "Sumqayıt" "Qarabağ"la görüşdə uduzmalı, "Kəpəz" isə AZAL-la matçda xal itirməlidi.

AZAL-ın qonağı olacaq "Kəpəz" son turlarda yaxşı formadadı. Gəncə təmsilçisi "Neftçi" və "Qəbələ" üzərindəki qələbələrdən sonra "təyyarəçilər"ə də qalib gəlməyi hədəfləyib. Şahin Diniyevin yetirmələri 4-cü yerdən ümidlərini üzməyiblər. "Kəpəz"dən fərqli olaraq, AZAL üçün bu görüş heç bir önəm kəsb etmir. Tərlan Əhmədovun komandasının mövsümü sonuncu pillədə başa vuracağı artıq rəsmiləşib.

Azərbaycan Premyer Liqası

XXVII tur

23 aprel (bazar)

17:00. "Qarabağ" - "Sumqayıt"

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

Suraxanı qəsəbə stadionu

17:00. "Zirə" - "Neftçi"

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Xaqani Məmmədov

Zirə Olimpiya İdman Kompleksinin stadionu

17:00. AZAL - "Kəpəz"

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Şaiq Həmidov

"AZAL Arena" 

1.

Qarabağ

26

17

5

4

42-12

56

2.

Qəbələ

26

13

10

3

43-16

49

3.

İnter

26

11

10

5

36-28

43

4.

Zirə

26

8

9

9

23-26

33

5.

Sumqayıt

26

8

8

10

25-32

32

6

Kəpəz

26

7

9

10

21-26

30

7.

Neftçi

26

9

2

15

23-40

29

8.

 AZAL

26

1

7

18

12-45

10

 

Milli.Az

 

1.

Qarabağ

26

17

5

4

42-12

56

2.

Qəbələ

26

13

10

3

43-16

49

3.

İnter

26

11

10

5

36-28

43

4.

Zirə

26

8

9

9

23-26

33

5.

Sumqayıt

26

8

8

10

25-32

32

6

Kəpəz

26

7

9

10

21-26

30

7.

Neftçi

26

9

2

15

23-40

29

8.

 AZAL

26

1

7

18

12-45

10

 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR