Fransada prezident seçkiləri başladı

Fransada prezident seçkilərinin ilk mərhələsi üçün səsvermə prosesi başlayıb.

Metbuat.az bildirir ki, təxminən 47 milyon seçici 67 min seçici məntəqəsində öz namizədlərinə səs verəcək. Seçkilərin ilk turunda 11 namizəd yarışır. Bu gün ən çox səs toplayan 2 namizəd mayın 7-də baş tutacaq ikinci turda mübarizəni davam etdirəcək.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR