Məkkədə güclü yanğın baş verdi

Məkkə-Ciddə avtoyolunda yanğın hadisəsi baş verib.

Metbuat.az bildirir ki, neft daşıyan avtmobil sızma səbəbindən alışıb. Yanğın daha da böyüyərək ətrafdakı 3 avtomobili də cənginə alıb. Avtmobillərin birində olan şəxs həyatını itirib.

Hadisə yerinə cəlb olunan xilasetmə qrupu yanğına nəzarəti ələ keçirib. 33 ton neftlə birlikdə yanan avtomobil isə söndürülüb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR