4-cülük uğrunda amansız mübarizə - YENİLƏNİR

4-cülük uğrunda amansız mübarizə  - YENİLƏNİR
12:57 23 Aprel 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tur start götürəcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 matç reallaşacaq və bütün oyunlar eyni saatda başlayacaq. Köhnə-yeni çempion “Qarabağ” “Sumqayıt”ı sınağa çəkəcək. Rəqib meydanında lider önündə imtahan verəcək “kimyaçılar” üçün matçın önəmi böyükdü. 4-cü yer uğrunda mübarizə aparan “gənclik şəhəri” təmsilçisi “köhlən atlar”a uduzacağı, “Zirə” paralel keçirilən oyunda 3 xala sevinəcəyi halda,hədəfinə çatmayacaq. Şübhəsiz, ağdamlılar üçün matç formal xarakter daşıyır və bu məqam sumqayıtlıları bir qədər də ümidləndirir. Əlbəttə, “Zirə” turnir cədvəlində “Sumqayıt”dan 1 xal öndədi və 4-cü pilləyə 1 addım daha yaxın sayılır. “Qartallar” avrokuboklara vəsiqə verən yerdə möhkəmlənmək istəyinin. “Neftçi” üzərində qələbədən keçdiyindən xəbərdardı. Digər oyunların nəticələrindən asılı olaraq, Ayxan Abbasovun komandası bu tur qələbə qazana və Avroliqaya vəsiqəni rəsmiləşdirə bilər.Bu başqa məsələ ki, bərbad mövsüm keçirən “Neftçi” də bütün ümidlərini dəfn etməyib. Elxan Abdullayevin yetirmələri evə 3 xalla dönməkdə israrlıdı. Taleyi bəlli AZAL-ın evdə “Kəpəz”i büdrətmək üçün hər hansı motivasiyası yoxdu. “Neftçi” və “Qəbələ”yə gücünü göstərən gəncəlilər Şüvəlanda autsayderin üzünü güldürmək fikrindən çox uzaqdı. Şahin Diniyevin son vaxtlar daha fərasətli görünən yetirmələri ötən yay olduğu kimi, Avroliqa həyəcanı yaşamaq xəyalından əl çəkməyib.
Qeyd edək ki, tura sabah keçriləcək "Qəbələ" - "İnter" matçı ilə yekun vurulacaq. Premyer Liqa2016/17 mövsümüIV dövrə, XXVII tur
23 aprel17.00 Qarabağ - SumqayıtHakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov.AFFA nümayəndəsi: Mübariz Hüseynov.Hakim-inspektor: Əli Hüseynov.Suraxanı qəsəbə stadionu. 17.00 Zirə - NeftçiHakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev.AFFA nümayəndəsi: Rauf Hüseynli.Hakim-inspektor: Xaqani Məmmədov.Zirə Olimpiya İdman Kompleksinin stadionu. 17.00 AZAL - KəpəzHakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov.AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.Hakim-inspektor: Şaiq Həmidov.“AZAL Arena”.
1. Qarabağ 26 17 5 4 42-12 562. Qəbələ 26 13 10 3 43-16 493. İnter 26 11 10 5 36-28 434. Zirə 26 8 9 9 23-26 335. Sumqayıt 26 8 8 10 25-32 326. Kəpəz 26 7 9 10 21-26 307. Neftçi 26 9 2 15 23-40 298. AZAL 26 1 7 18 12-45 10 Bombardir: Filip Ozobiç (Qəbələ) - 11. Rauf Əliyev (İnter), Dino Ndlovu (Qarabağ) - 9.
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-4-culuk-urunda-amansz-mubariz-t57827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR