Azərbaycanda iki telekanalın yayımı dayandırıldı

Azərbaycanda iki telekanalın yayımı dayandırıldı
12:59 23 Aprel 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın məşhur TNT və TNT4 kanallarının yayımı Azərbaycanda məhdudlaşdırılıb. Lent.az baku.ws-ə istinadən xəbər verir ki, hər iki kanal 25 aprel tarixinə qədər KATV kabel televiziyasının yayımından çıxarılıb. Sözügedən kanalların yerinə türk kanalları daxil edilib. KATV-nin müştəri xidmətlərindən sayta bildirilib ki, kanalların yayımının dayandırılıması 24 aprel ermənilərin qondarma soyqırım günü ilə əlaqədardır. Belə ki, sözügedən kanallarda "soyqırım" ilə bağlı verilişlərin yayımlanması və təbliğatı səbəbi ilə KATV həmin kanalların 25 aprel tarixinə qədər yayımını məhdudlaşdırıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR