Türk ulduzdan şok xəbər

Türk ulduzdan   şok xəbər
13:17 23 Aprel 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin və Dortmund "Borussiya"nın üzvü Nuri Şahin zədələnib. Fanat.Az xəbər verir ki, türk futbolçu ötən gün Münhenqladbax "Borussiya"sını 3:2 hesabı ilə yendikləri matçda zədə alıb.


Bu barədə baş məşqçi Tomas Tuçel məlumat verib. Çalışdırıcı bildirib ki, Nuri ayağından zədə alıb: "Nuri Şahinin ayaq biləyindəki bağlarda yırtıq şübhəsi var. Böyük ehtimalla sınıq ola bilər".


Ehtimallar doğrulsa, futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qala bilər. Bu isə onun ən azı Bundesliqanın son 4 turunda və Almaniya Kubokunun "Bavariya" ilə final matçında, həmçinin Türkiyənin gələn ay Kosova ilə keçirəcəyi seçmə mərhələ oyununda meydana çıxa bilməyəcəyi deməkdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turk-ulduzdan-t57829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR