Şimali Koreyada ABŞ vətəndaşı saxlanıldı

Şimali Koreyada ABŞ vətəndaşı saxlanıldı
13:37 23 Aprel 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Bu həftə Koreya Xalq Demokratik Respublikasında bilinməyən səbəbdən Koreya əsilli ABŞ vətəndaşı həbs olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu iddia ilə hökumət mənbələrinə istinadən "Yonhap" agentliyi çıxış edib.

Qeyd olunur ki, təqribən 50 yaşı olan Kim soyadlı kişi ölkədən uçmağa hazırlaşdığı Pxenyan hava limanında saxlanılıb.

Həmçinin məlumdur ki, amerikalı əvvəllər Çinin Yanbyan-Koreya muxtar dairəsindəki universitetlərdən birində dərs deyib.

O, KXDR-də humanitar yardım həyata keçirən müxtəlif proqramlarda iştirak edib.

Bu, son bir neçə ildə Şimali Koreyada saxlanılan artıq 3-cü Amerika vətəndaşıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR