Suriyada öldürülən "Reina" teraktının təşkilatçısının FOTOSU

Suriyada öldürülən "Reina" teraktının təşkilatçısının FOTOSU
14:58 23 Aprel 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yeni il gecəsi İstanbulda yerləşən "Reina" gecə klubunda törədilən terror aktının təşkilatçılarından olan İŞİD silahlısı Əbdürrəhman Özbəyi Suriyada məhv edib.

Qafqazinfo-nun Milliyet-ə istinadən verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçunun fotosu artıq KİV-də yayılıb.

Qeyd edək ki, Ə.Özbəyin öldürüldüyünü CENTCOM-un sözçüsü Con Tomas bəyan edib.

Onun sözlərinə görə, Ə.Özbəyi İŞİD lideri Əbubəkir əl-Bağdadi ilə yaxın olub, terror təşkilatının xarici ölkələrdəki hücumlarına, əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsinə və maliyyələşdirilməsinə görə məsuliyyət daşıyıb.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə "Reina" gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb. Teraktı törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov həbs olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR