Rusiyalı müğənni Lolita Milyavskaya Ukraynaya buraxılmayıb.
Metbuat.az xəbər verir ki, bu haqda "Facebook" səhifəsində yazıb:
“Konotopa qədər getsəm də, səhər saat 4-də məni qatardan aşağı endirdilər. Xəstə övladıma baş çəkə bilmirəm. 2015-ci ildə Krıma getdiyim üçün Ukraynaya girişimə qadağa qoyulub. Adım “qara siyahı”ya salınıb”.
Qeyd edək ki, müğənninin 74 yaşlı anası və qızı uzun illərdir ki, Ukraynada yaşayır.
Aytən Novruzova / Metbuat.az