Ukraynada ATƏT əməkdaşı partlayış nəticəsində ölüb

Ukraynada ATƏT əməkdaşı partlayış nəticəsində ölüb
15:44 23 Aprel 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ATƏT əməkdaşı ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ATƏT faktı təsdiqləyib.

 

Məlumatda bildirilir ki, hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə ATƏT əməkdaşlarından biri ölüb, biri yaralanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR