Antisemitizm azalır

Antisemitizm səviyyəsində azalma müşahidə edilir.

Metbuat.az xəbər verir ki, bu haqda Təl-Əvivdə fəaliyyət göstərən “Kantor” mərkəzi dünyada antisemitizm ilə bağlı apardığı araşdırmaların nəticələrinə əsasən məlumat verib.

Hesabata görə, yəhudilərə qarşı zorakılıq hallarında 2015-ci ilə nisbətən 2016-cı ildə 12 % azalma müşahidə edilib.

Yəhudilərə qarşı ən böyük zorakılıqların törədildiyi Fransada bu göstərici 61%-ə düşüb.

Belçikada 60%, Almaniyada isə 740 zorakılıq halından 644 zorakılıq halına qədər azalma müşahidə olunub.

Hesabat müəllifləri zorakılıq hallarının azalmasına səbəb kimi həmin ölkələrdə yaşayan yəhudilərin ksenofobiyadan ehtiyat edərək, din və dini ainlərini gizlətməyə çalışmaları ilə əlaqələndirir. Hesabatda internet vasitəsilə hər 83 saniyədən bir antisemitizm məlumatlarının yayımlandığı bildirilir. Əsas təhlükə isə “Twitter”–dən gəlir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR