Ən ağıllı heyvanların siyahısı açıqlanıb.
Metbuat.az xəbər verir ki, meymunlar siyahıda liderlik edir. Qorilla, hibbon və şimpanzelərin insanlarla ünsiyyətə meylli olduğu müəyyən edilib.
İkinci yerdə delfinlər gəlir. Bu heyvanlar ünsiyyət zamanı 14 min səs siqnalından istifadə edir.
Fillər isə üçüncü yeri tutur. Bu heyvanlar da ünsiyyətə meylli olur.
Sevimli ev heyvanları olan pişik və it isə siyahıda 4-cü yeri tutur.
Aytən Novruzova / Metbuat.az