Qurban Qurbanov mükafatlandırmaya qatılmadı - FOTO

Qurban Qurbanov mükafatlandırmaya qatılmadı -   FOTO
19:47 23 Aprel 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın XXVII turunun “Qarabağ” - “Sumqayıt” oyunundan sonra dördüncü dəfə Azərbaycan çempionatının qalibi adını qazanan Ağdam klubuna qızıl medallar verilib.


Komandanın üzvlərinə mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Qarabağ”ın sahibi Abdulbari Gözəl təqdim ediblər.


Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimini kənardan izləyib və medalını almayıb. Bir neçə gün əvvəl Q.Qurbanovun anası dünyasını dəyişib. Onun məhz bu səbəbdən mükafatlandırmaya qatılmadığı bildirilir. (qol.az)



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurban-qurbanov-mukafatlandrmaya-qatlmad-t57843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR