“Alınmasa da, məyus deyilik” - Samir Abasov

“Alınmasa da, məyus deyilik” -   Samir Abasov
20:07 23 Aprel 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

“Bu gün ən azı bir xal götürmək istəyirdik. Qələbə qazanmağa o qədər də şansımız yox idi”. Bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Azərbaycan Premyer Liqasının XXVII turunda “Qarabağ”ın qonağı olan “gənclik şəhəri” təmsilçisi 1:2 hesablı məğlubiyyətə düçar olub.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Abasov fikrini bu sözlərlə davam etdirib: “Müdafiədə oturub, 1 xal qazanmağı və digər görüşün nəticəsini gözləməyi fikirləşirdik. Təəssüf ki, bunu bacarmadıq. Son iki turda çempion və gümüş medalçı ilə oynamalı oluruq. Təqvim baxımından bəxtimiz gətirmədi. Amma builki oyunlarımız ürəkaçan idi. Bu gün bir xalın acısını yaşayırıq. Gələcəkdə bunu aradan götürəcəyik. Gənc komandayıq, belə təcrübə toplayırıq. “Qarabağ”ı və Qurban Qurbanovu ürəkdən təbrik edirəm”.

 

- Məhəmməd Qurbanovu birinci hissədə əvəzləməyinizin səbəbi nə oldu?

- Oyunundan narazı qaldım. İstədiyimizi meydanda edə bilmədi. Müdafiəyə kömək etmədi, hücumda çatdırmırdı.

 

- Xal qazanacağınıza daha çox inanırdız, yoxsa “Zirə” və “Kəpəz”in büdrəyəcəyinə ümid edirdiz?

- “Kəpəz”in büdrəyəcəyinə ümid etmirdim. Təqvimin ürəkaçan olmaması pis oldu. “Zirə”, “Kəpəz” və “Neftçi”dən bu mövsüm güclü olduq. Təəssüf ki, evdə çox xallar itirdik. Rəqiblərin oyunu ilə də maraqlanırdıq. Onların nəticəsini gözləyirdik. Çünki onların bugünkü matçlarda nəticəsi böyük önəm kəsb edirdi. Alınmasa da, məyus deyilik. Çempionata başlayanda hamı bizi autsayder kimi görürdü. Amma ən azı mövsümü 6-cı pillədə bitirəcəyik. Son turda qələbə qazanıb, azarkeşlərimizə sevinc bəxş etmək istəyirik. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-alnmasa-da-myus-deyilik-t57848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR