“Bu hal istənilən məşqçinin başına gələ bilər” - Ayxan Abbasov

“Bu hal istənilən məşqçinin başına gələ bilər” -   Ayxan Abbasov
20:07 23 Aprel 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

“Oyuna çox ciddi hazırlaşmışdıq. Qarşılaşmanın mahiyyətini anlayırdıq. Bu görüşdən məğlub ayrılsaydıq, şanslarımız xeyli azalacaqdı. Tam səfərbər olmuşduq. Doğrudu, qarşıda daha bir oyunumuz qalır. Ancaq bugünkü matç olduqca böyük önəm kəsb edirdi”. Bu sözləri “Zirə”nin baş məşqçisi AyxanAbbasov deyib.

 

Azərbaycan Premyer Liqasının XXVII turunda “Neftçi” ilə qarşılaşan “qəsəbə təmsilçisi”nin çalışdırıcısı oyun barədə fikirlərini bölüşüb.

 

- Avrokubok perspektivləri barədə rəhbərliklə müzakirələr aparmısınızmı?

- Qarşıda daha bir oyunumuz qalıb. AZAL ciddi rəqibdi. Bu gün də bunu göstərib. Əvvəlcə vəsiqəni təmin edək, sonra rəhbərliklə bu barədə fikir mübadiləsi aparcağıq.

 

- Əvvəlcədən bilsəydiniz ki, rəqib limiti pozur, Elxan Abdullayevi xəbərdarlıq edərdiz?

- İlk öncə onu qeyd edim ki, bu hal istənilən məşqçinin başına gələ bilər. Elxan Abdullayevə hörmətim hədsizdi. Ancaq yalandan nə deyim? Bilmirəm. Sualı indi verdiniz, yalnız indi düşündüm. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bu-hal-istniln-mqcinin-bana-gl-bilr-t57846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR