Məşhur serialın yeni mövsümündə sürprizlər olacaq - VİDEO

Məşhur serialın yeni mövsümündə sürprizlər olacaq - VİDEO
20:12 23 Aprel 2017
112 Şou
Ölkə mətbuatı
A- A+

"House of Cards" ("Kağızlardan ev") serialının yeni mövsümü ABŞ siyasətinin real gündəmini əhatə edəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, prezident Donald Trampın inauqurasiyası zamanı ilk tizeri yayılan ekran işi mayın 30-da "Netflix"də yayımlanacaq.

Ssenari müəllifləri bildirib ki, yeni mövsümdə tamaşaçılar gözlənilməz sujet izləyəcəklər. Kevin Speysi və Robin Rayt yenə də Andervud cütlüyünü canlandıracaq. Onlar yeni maneələrlə qarşılaşacaq və birgə hərəkət etməyə qərar verəcəklər.

Qeyd edək ki, "House of Cards" keçmiş prezident Barak Obamanın izlədiyi azsaylı seriallardan birincisidir. O, ötən illər ərzində serial yayımlanmamışdan seriyalara ilk olaraq baxmaq üçün "Netflix"dən xahiş etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/537941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR