Ramil Şeydayev "fərqləndi", komandası çempion oldu

Ramil Şeydayev "fərqləndi", komandası çempion oldu
20:17 23 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Slovakiya çempionatında 2016/17 mövsümünün qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Jilina" qızıl medallara sahib çıxıb.


Ramilin komandası XXVI turda ən yaxın izləyicisi "Slovan"ı qəbul edib. Oyun "Jilina"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da 13 xallıq fərq yaranıb. 


Millimizin üzvü start heyətində yer alıb və 90+3-cü dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə sarı vərəqə alıb.


Hazırda “Jilina” 61 xalla liderdi, “Slovan” isə 48 xalla ikincidi. Ramilin komandasının ehtiyatda 5, “Slovan”ın isə 4 oyunu qaldığını nəzərə alsaq, bundan sonrakı bütün matçların nəticəsindən asılı olmayaraq “Jilina” birinciliyi qoruyacaq. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramil-eydayev-quotfrqlndiquot-komandas-cempion-oldu-t57849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR