"Toyota" markalı avtomobil yandı

Bakıda "Toyota" markalı minik avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, şəhərin Xətai rayonunda sahibi məlum olmayan ümumi sahəsi 50 kvadrat metr olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və yaxınlıqda dayanmış vətəndaşa məxsus “Toyota” markalı minik avtomobilinin ön hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR