Azərbaycanda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Azərbaycanda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
20:38 23 Aprel 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda qəza olub.

Publika.az APA-ya istinadən xəbər verir ki, qəza yolun Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Vaz 2107" markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağırdır.

Fakt araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR