Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var
20:52 23 Aprel 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın Cəlilabad vilayətində torpaq sürüşməsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 2-sı ağır xəsarət alıb.

Məlumata əsasən, ölən və yaralananlar Bazar-Korqon rayonunda su kəmərinin təmiri ilə məşğul olan fəhlələr olub. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xilasedicilər tərəfindən torpaq altından çıxarılan daha 2 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR