Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var
21:43 23 Aprel 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın Cəlilabad vilayətində torpaq sürüşməsi baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 2-sı ağır xəsarət alıb.

Məlumata əsasən, ölən və yaralananlar Bazar-Korqon rayonunda su kəmərinin təmiri ilə məşğul olan fəhlələr olub. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xilasedicilər tərəfindən torpaq altından çıxarılan daha 2 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR