Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub
22:12 23 Aprel 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Slovakiya Fortuna Liqasında XXVIII turun oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası - "Jilina" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə Bratislava "Slovan"ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Şeydayev bu qarşılaşmaya start heyətlə başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Bu qələbə Şeydayevi "Jilina"nın çempionluğu təmin etməsi üçün də yetərli olub. Belə ki, mövsümün sonuna 5 tur qalmış "Jilina" 61 xalla çempionatın vahid lideridir. Bu komandanın əsas izləyicisi "Slovan" isə 48 xala malikdi və "Jilina"dan 1 oyun çox oynayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR