Avtomobil 60 yaşlı qadını vurub

Avtomobil 60 yaşlı qadını vurub
23:27 23 Aprel 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

Rayonun Bağbanlar kənd sakini, 1957-ci il təvəllüdlü Əzizə Ağahüseyn qızı Əliyeva yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/538029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR