İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı
23:42 23 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasının 33-cü turunda "Fiorentina"nın qonağı olan "İnter" 4:5 hesabıyla uduzub. "Nerazzurri"nin 3 qolunu Mauro İkardi rəqibin qapısından keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı forvard 2001-ci ildən sonra "İnter"in səfərdə het-trik edən ilk futbolçusu olub. Sonuncu dəfə 16 il öncə "Perugia" ilə səfər matçında (1 aprel) Kristian Vieri 3 qolun müəllifi olmuşdu. İtaliya A Seriyasında sonuncu dəfə 1 oyunda 9 qol 2014-cü ilin sentyabrına təsadüf etmişdi. Həmin vaxt "Milan" səfərdə "Parma"ya qalib gəlmişdi - 5:4.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR