Kubok "Qarabağ"a təqdim olundu

"Sumqayıt"la Azərbaycan Premyer Liqasının XXIX turunun oyunundan sonra "Qarabağ"a çempionluq kubokunun təqdim edilmə mərasimi keçirilib.

Metbuat.az bildirir ki, mərasimə Ağdam klubunun prezidenti Abdulbari Gözəl də qatılıb.

A.Gözəl baş məşqçi Qurban Qurbanovu çempionluq münasibətilə təbrik edib və ona anasının dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verib. Daha sonra klub prezidenti futbolçuları da təbrik edib.

Bundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və o, komanda üzvlərinə medallar təqdim ediblər. Futbolçular mükafatlandırma mərasiminə ortasında ulduz şəkli olan forma ilə çıxıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR