Tanınmış futbolçu intihar etdi

Türkiyənin "Qaziantepspor" klubunda çıxış edən çexiyalı futbolçu Frantişek Rajtoral yaşadığı evdə intihar edib.

Metbuat.az bildirir ki, evə daxil olan polis əməkdaşları onun tavandan asılmış meyiti ilə rastlaşıblar.

Qeyd edək ki, Rajtoral mövsümün əvvəlində 500 min avroya "Viktoriya Plzen" klubundan "Qaziantepspor"a transfer olunmuşdu.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR