Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi
00:58 24 Aprel 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün İspaniya La Liqasının 32-ci turunda “Real” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edib.
Publika.az
xəbər verir ki, çempionluğu taleyinə birbaşa təsir edən oyunda sevinən tərəf qonaqlar olub. Bu qələbə sayəsində "Barselona" intirqanın ölməsinə imkan verməyib. Gərgin və maraqlı keçən "El-Klasiko" kataloniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə "Barsa" həm də liderliyi "Real"dan alıb. Xalını 75-ə yüksəldən Luis Enrikenin komandası zirvəni ələ keçirib. Eyni xala malik "Real" isə ikinci pillədə qərarlaşıb. Madrid klubunun ehtiyatda bir oyunu var.

İspaniya La Liqası, 32-ci tur

Real – Barselona 2:3
Qollar:
Kasemiro, 28 (1:0), Messi, 33 (1:1), Rakitiç, 73 (1:2), Xames, 85 (2:2), Messi, 90+2 (2:3)
Qırmızı vərəqə: Serxio Ramos, 77 ("Real")


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/196184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR