"Barselona" "El-Klassiko"da qələbə qazandı

Bu gün bütün dünyanın diqqəti Madridə yönəlib.

Metbuat.az bildirir ki, İspaniya La Liqasının 32-ci turunda “Real” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edib.

Oyuna marağı artıran məqamlardan biri də komandaların qonşu pillələrdə qərarlaşması idi. Gərgin və maraqlı keçən qarşılaşma kataloniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə "Barsa" həm də liderliyi "Real"dan alıb. Xalını 75-ə yüksəldən Luis Enrikenin komandası zirvəni ələ keçirib. Eyni xala malik "Real" isə ikinci pillədə qərarlaşıb. Madrid klubunun ehtiyatda bir oyunu var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR