Messi “Barselona”da 500-cü qolunu vurdu

Messi “Barselona”da 500-cü qolunu vurdu
01:19 24 Aprel 2017
145 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi komandasının heyətində 500-cü qolunu vurub.

 

 APA-nın məlumatına görə, bu, İspaniya çempionatı çərçivəsində Madrid “Real” ilə matçda baş verib.

 

Madriddə keçirilən qarşılaşmada “Barselona” rəqibini 3:2 hesabı ilə məğlub edib.

 

Messi oyunda “dubla”-ə imza ataraq klub karyerasında vurulan qolların sayını 500-ə çatdırıb.

 

Qeyd edək ki, Lionel Messi “Barselona”nın heyətində 8 qat İspaniya çempionu, 4 qat İspaniya Kubokunun və 4 qat Çempionlar Liqasının qalibi olub. O, karyerası ərzində həmçinin 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR