Taksi sürücüsü döyüldü

Gəncədə döyülmə faktı qeydə alınıb.

Metbuat.az bildirir ki, taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini, 1975-ci il təvəllüdlü İlham Hüseynov 1985-ci il təvəllüdlü Ramiz Əliyevlə dalaşıb.

Hadisə nəticəsində hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Taksi sürücüsünün vəziyyəti orta ağır, digər şəxsin isə normal qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. // APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR