İngiltərə Premyer Liqasının ən yaxşısı bəlli oldu

İngiltərə Premyer Liqasının ən yaxşısı bəlli oldu
02:54 24 Aprel 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

“Çelsi” futbol klubunun yarımmüdafiəçisi, fransalı N’Qolo Kante İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

 

APA-nın məlumatına görə, peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatının versiyası ilə mövsümün ən yaxşısı seçilən N.Kante Eden Azar (“Çelsi”), Zlatan İbrahimoviç (“Mançester Yunayted”), Harri Keyn (“Tottenhem”), Romelu Lukaku (“Everton”) və Aleksis Sançesi (“Arsenal”) qabaqlayıb.

 

26 yaşlı N.Kante İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu adını qazanan sayca üçüncü fransalı futbolçudur.  Əvvəllər adıçəkilən mükafata “Arsenal” klubunun oyunçuları Patrik Vieyra (2001) və Tyerri Anri (2004, 2006) layıq görülüblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272899

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR