Premyer Liqasının ən yaxşı oyunçusu bəlli oldu

Premyer Liqasının ən yaxşı oyunçusu bəlli oldu
06:23 24 Aprel 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

“Çelsi”nin yarımmüdafiəçisi, fransalı N’Qolo Kante İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Publika.az xəbər verir ki, Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşısı seçilən N.Kante Eden Azar (“Çelsi”), Zlatan İbrahimoviç (“Mançester Yunayted”), Harri Keyn (“Tottenhem”), Romelu Lukaku (“Everton”) və Aleksis Sançesi (“Arsenal”) qabaqlayıb.

26 yaşlı N.Kante İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu adını qazanan sayca üçüncü fransalı futbolçudur. Əvvəllər adıçəkilən mükafata “Arsenal” klubunun oyunçuları Patrik Vieyra (2001) və Tyerri Anri (2004, 2006) layıq görülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/196191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR