"Real Madrid"in yarımmüdafiəçisi Luka Modric Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya qarşı cavab görüşündə hakim səhvlərinə münasibət bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı havbek komandasının əleyhinə olan səhvləri ön plana çıxarıb.
"Təəssüf ki, biz Çempionlar Liqasında "Bavariya" üzərində qələbə qazanandan sonra bəzi suallar ortaya çıxdı. "Real" yarımfinala vəsiqəni tam haqq edirdi və hər iki oyunda Münhen klubundan üstün futbol göstərmişdi. Nə üçünsə "Real"ın lehinə verilən qərarlar dərhal tənqidə məruz qaldı və qəzetlərin manşetlərinə düşdü. Amma hakimlərin rəqiblərimizin lehinə səhv qərar verəndə biz bunda xüsusi məna axtarmırıq. Robbenə qarşı penalti yox idi, Ramosun avtoqolundan öncə ofsayd vardı, Vidalı isə meydandan daha əvvəl qovmaq lazımdı. Klublararası dünya çempionatından sonra videotəkrarların tətbiqinə qarşı idim. Çünki ilk dəfə belə şey görürdüm. Lakin Fransa - Almaniya yoldaşlıq oyunundan sonra fikrimi dəyişdim. Güman edirəm, futbol üçün faydalı texnologiya olacaq".
Milli.Az