Messi "Barselona"nın heyətində 500-cü qolunu vurub

Messi "Barselona"nın heyətində 500-cü qolunu vurub
08:27 24 Aprel 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi komandasının heyətində 500-cü qolunu vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, İspaniya çempionatı çərçivəsində Madrid "Real" ilə matçda baş verib.

Madriddə keçirilən qarşılaşmada "Barselona" rəqibini 3:2 hesabı ilə məğlub edib. Messi oyunda "dubla"  imza ataraq klub karyerasında vurulan qolların sayını 500-ə çatdırıb.
 
Qeyd edək ki, Lionel Messi "Barselona"nın heyətində 8 qat İspaniya çempionu, 4 qat İspaniya Kubokunun və 4 qat Çempionlar Liqasının qalibi olub. O, karyerası ərzində həmçinin 5 dəfə "Qızıl top" mükafatına layiq görülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR