Misir və ABŞ birgə hərbi təlimlərə başladı

Misir və ABŞ birgə hərbi təlimlərə başladı
09:08 24 Aprel 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Misir və ABŞ ordularının Qırmızı dənizdə bir neçə gün birgə davam edəcək hərbi təlimlərinin başladığını bildirilib.

Publika.az xəbər verir ki, bu barədə Misir ordusu tərəfindən yazılı şəkildə məlumat verilib.

Açıqlamada Misir və ABŞ dəniz donanma qüvvələrinin Qırmızı dəniz sərhədlərində "Qartalın Salamı 2017" adlı birgə hərbi təlim keçirəcəkləri deyilib.

Təlimdə müşahidəçi kimi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Pakistan və İtaliyanın iştirak edəcəyi bildirilir. Təlim qardaş və dost ölkələr arasında hərbi üfüqlərin inkişaf etdirilməsi və təcrübələrin paylaşılması məqsədi daşıyır.

Təlim ABŞ-la Misirin silahlı qüvvələri arasındakı iş birliyinin və dəniz donanmasında ən son sistemlərinin öyrənilməsi üçün əhəmiyyətli olduğu qeyd edilib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR