Paytaxtda yaşayış binasında YANĞIN: ölən var

Paytaxtda yaşayış binasında YANĞIN: ölən var
09:22 24 Aprel 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda yanğın olub, ölən var.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR