72 yaşlı kişi evində diri-diri yandı

72 yaşlı kişi evində diri-diri yandı
09:33 24 Aprel 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR