İntihar edən futbolçunun evindən çıxan qəbz təəccübləndirdi - FOTO

İntihar edən futbolçunun evindən çıxan qəbz təəccübləndirdi - FOTO
10:05 24 Aprel 2017
133 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqa klublarından "Qaziantepspor"un futbolçusu Frantişek Rajtoral intihar edib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Çexiya millisinin də formasını geyinən futbolçu Qaziantepdə qaldığı evdə özünü tavandan asıb.

Polis onun ölümü ilə bağlı ilkin versiya irəli sürüb. Belə ki, polislər futbolçunun evindən tapdıqları qəbzə əsasən onun borcları çox olduğuna görə intihar etdiyini düşünürlər.

Tərcümə edilən qəbzdən məlum olub ki, onun çoxlu borcu olub.

İddialara görə, o, sevgilisindən ayrıldıqdan sonra özünü asıb. Lakin polis bu iddialarla bağlı heç bir izə rast gəlməyib.

Araşdırmalar davam edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR