Ardıcıl 7-ci çempionluq

Ardıcıl 7-ci çempionluq
10:32 24 Aprel 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşib. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Pireyin "Olimpiakos" klubu Yunanıstan çempionu adını qazanmaqla qitənin ən nüfuzlu klub turnirinə vəsiqə əldə edib.

Pireylilər çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin edib. Öz meydanında PAS üzərində 5:0 hesablı qələbə qazanan "Olimpiakos"  PAOK-la 6 xallıq fərqi qoruyub.
 
Qeyd edək ki, "Olimpiakos" ardıcıl 7-ci, ümumilikdə 29-cu dəfə ölkə çempionu olub. Pirey təmsilçisi Çempionlar Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR