Azərbaycanda şair özünü asdı

Azərbaycanda şair özünü asdı
10:32 24 Aprel 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Şair, iş adamı Niyaz Əsgərov bu gün səhər saatlarında Cəlilabad rayonunun Sabirabad kəndində intihar edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü N.Əsgərov iş adamı kimi Bakıda böyük biznes şəbəkəsinə sahib olub.

Əmisi oğlu, hüquqşünas Elxas Əsgərovun bildirdiyinə görə, maddi baxımdan çox imkanlı iş adamlarından olan N.Əsgərov ötən gün axşam saatlarında ata evlərinə - Cəlilabadın Sabirabad kəndinə gedib və həyətlərindəki yardımçı tikilidə özünü asıb.

Sakit təbiətli şəxs olan N.Əsgərovun intihar səbəbi bilinmir.

Hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR