Qaraciyəri qara günə salan qidaları tanıyaq

Qaraciyər insan orqanizmində ən əsas orqanlardan biridir. Qaraciyərin sağlamlığı bütün orqanizmin sağlamlığı üçün vacibdir. Lakin bəzi faktorlar- spirtli içkilərin qəbulu, siqaret qaraciyərin funksiyasının pozulmasına səbəb olur.

Metbuat.az xəbər verir ki, düzgün olmayan qidalar qaraciyərə zərər verir. Belə ki, çay və qəhvə tərkibindəki kofein səbəbi ilə qaraciyəri yorur. Küflənmiş qidalar qaraciyərin yorulmasına səbəb olur. Süd tozu və hazır kremlər, hazır meyvə suları tərkibindəki dadlandırıcı maddələrdən dolayı qaraciyəri yorur. “Fast food” qidalar, qızartmalar və izqara qaraciyərə mənfi təsir edir.

Qaraciyəri sağlam saxlamaq və möhkəmləndirmək istəyən insan, təbii ki, siqaret və spirtli içkilərdən imtina etməli, sağlam qidalanma prinsiplərinə əməl etməli, dərman preparatları özbaşına yox, yalnız həkim nəzarəti ilə qəbul etməlidir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR