Rusiyanı Cənubi Qafqazla birləşdirən yol yenidən bağlandı

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol yenidən bağlandı
10:37 24 Aprel 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu minik və yük avtomobilləri üçün bağlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

Yolun Moskva vaxtı ilə saat 01:30-dan etibarən bağlandığı bildirilir. Yol qeyri-sabit hava şəraiti ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanıb.

Ötən gün şiddətli yağış və sel təhlükəsi səbəbindən Transqafqaz magistralında nəqliyyatın hərəkəti dayandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR