Ərindən ayrılan ATV-nin tanınmış aparıcısı məmurla sevgili oldu - FOTO

Ərindən ayrılan ATV-nin tanınmış aparıcısı məmurla sevgili oldu - FOTO
10:37 24 Aprel 2017
719 Şou
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl həm iş yeri olan ATV-dən, həm də həyat yoldaşı Vaqif Aydınoğludan ayrılan Samirə Mustafayevadan xəbər var. 

Milli.Az xəbər veirr ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, teleaparıcı bu dəfə özünü biznes leydi kimi sınamaq istəyib. 

O, Bakıda böyük bir qadın klubu açıb. Fitness, spa və gözəllik salonu olan mərkəzin tezliklə açılışı olacaq. 

Hətta, şou-biznesin bir neçə üzvü həmin məkanın xidmətlərindən istifadə edib. 

Bu məqamda qeyd edək ki, Samirənin işi kimi şəxsi həyatında da dəyişiklik olub. Belə ki, Mustafayeva dövlət qurumlarından birində çalışan vəzifəli şəxslə sevgi münasibətindədir. 

Qeyd edək ki, aparıcı mətbuata açıqlamasında bundan sonra aparıcılıq etməyəcəyini, özünü başqa bir sahədə sınayacağını bildirmişdi. 

S.Mustafayeva və V.Aydınoğlunun Nuran adlı qız övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/538103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR