Mütəllibovun həyat yoldaşı əməliyyat edildi - keçmiş prezidentdən AÇIQLAMA

Mütəllibovun həyat yoldaşı əməliyyat edildi - keçmiş prezidentdən AÇIQLAMA
10:54 24 Aprel 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Adilə Mütəllibova əməliyyat edilib. Lent.az xəbər verir ki, A.Mütəllibova dünən Mərkəzi Klinik Xəstəxanada cərrahiyyə əməliyyatı keçirib. Onun həyatı üçün hər hansı təhlükə qalmayıb.

 

Eks-prezident Lent.az-a açıqlamasında bildirib ki, əməliyyat qaydasında keçib: "Həkimlər dedilər ki, hər şey normaldır. Bu gün yəqin ki, palataya köçürüləcək, sabah isə evə buraxılacaq. Vətənimizdə çoxlu istedadlı həkimlər, mütəxəssislər var. Onlardan çox razıyam. Bizə böyük diqqət göstərdilər".

 

Qeyd edək ki, Ayaz Mütəllibovun həyat yoldaşı Mütəllibova Adilə Musa qızı 1938-ci ildə Bakıda anadan olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR