Daha bir müğənni içkili halda sükan araxasında tutuldu - FOTO

Daha bir müğənni içkili halda sükan araxasında tutuldu - FOTO
11:05 24 Aprel 2017
266 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi Ayşe Hatun Önal ötən gün içkili halda sükan arxasında tutulub.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, yol polisləri müğənninin avtomobilini saxlayıblar. Polislər müğənninin içkili olduğunu yoxlamaq üçün ondan alkolmetrə üfləməsini xahiş ediblər. Müğənni əvvəlcə üfləmək istəməyib.

Bu zaman şəkillərinin çəkildiyini görən müğənni çığır-bağır salıb. Jurnalistləri söyən müğənni aləmi bir-birinə qatıb. 

Onun içkili olduğu dəqiqləşib, sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR