Çempionlar Liqasının qalibi müəyyənləşdi

Çempionlar Liqasının qalibi müəyyənləşdi
11:17 24 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Çempionlar Liqasında yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2016/2017 mövsümünün qalibi Türkiyənin "Vakıfbank" klubu olub.

Yarımfinalda digər İstanbul təmsilçisi "Əczaçıbaşı"ya qalib gələn Covani Quidettinin yetirmələri həlledici matçda ev sahibləri olan İtaliyanın "Konegliano" klubunu məğlub ediblər.
 
Moskva "Dinamo"su trevizoluların ardınca "Əczaçıbaşı"ya da uduzduğundan medalsız qalıb. Türklər isə ilk "üçlüy"ü qapayıb.
 
Qeyd edək ki, bu il ölkəmizi Çempionlar Liqasında "Azərreyl"lə "Telekom" təmsil etsələr də, onlar qrupda qalmışdılar. 
 
Yarımfinallar
"Dinamo" (Rusiya, Moskva) - "Konegliano" (İtaliya) - 1:3 (18:25, 15:25, 25:15, 25:27)
"Vakıfbank" (Türkiyə) - "Əczaçıbaşı" (Türkiyə) - 3:0 (25:20, 26:24, 25:22)
 
Bürünc medal uğrunda
"Dinamo" (Rusiya, Moskva) - "Əczaçıbaşı" (Türkiyə) - 1:3 (19:25, 25:19, 23:25, 22:25)
 
Final
"Konegliano" (İtaliya) - "Vakıfbank" (Türkiyə) - 0:3 (19:25, 13:25, 23:25)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR