Tarkan Bakı konsertindən YARIM MİLYON dollar qazanacaq

Tarkan Bakı konsertindən YARIM MİLYON dollar qazanacaq
11:23 24 Aprel 2017
102 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi Tarkan “Formula 1” Azərbaycan Qran-Prisinin açılışında səhnəyə çıxacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meqa ulduz Bakıdakı çıxışından 500 min dollar (təxminən 750 min manat) qazanacaq.

Yeni albomunu çıxartmağa hazırlaşan müğənni ilk dəfə ötən il keçirilən Bakı Formula 1 Üzrə Qran-pri yarışlarının 23 iyundakı açılışında çıxış edəcək. 44 yaşlı müğəni Bakı konseti ilə bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb. O, çox həyəcanlı olduğunu gizlətməyib.

Biletlərin qiymətləri 70 manatla 250 manat arasında dəyişir.

Xatıladaq ki, Bakı F1 GP yarışlarının keçən ilki açılış mərasimində Enrike İqlesias, Kris Braun və Farel Uilliams kimi dünyaca məşhur ifaçılar səhnə almışdı.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/196226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR