Yumurta ana südü qədər dəyərlidir

Yumurta pəhriz siyahılarında əvəzedilməz qidalardan biridir. Yüzdə-yüz protein qaynağı olan yumurtanın orqanizm üçün faydaları saymaqla bitmir.

Metbuat.az məlumat verir ki, yumurtanın ağı ən yaxşı protein mənbəyidir. Xüsusilə, əzələ yığmaq istəyən idmançılar və ya əzələ itkisi yaşayan xəstələr üçün dərmandır. Yumurtanın sarısı isə dəmirlə zəngindir. Ancaq bədəninizin bu dəmiri istifadə etməsi üçün C vitamininə ehtiyacı var. Buna görə də, yumurtanı təzə tərəvəzlər və ya təzə sıxılmış meyvə suları ilə yemək daha faydalıdır. Yumurta sarısında eyni zamanda, biotin adlı vitamin var. Saç və dırnaq sağlamlığı və beynin inkişafında bu vitaminin rolu böyükdür. Ağ yaxşı bişməmiş yumurtalarda “avidin” adlı maddə olur və o biotinin bədəndə qalmasını əngəlləyir. Buna görə də, yumurtanın ağının yaxşı bişdiyinə əmin olmalısınız.

Bir yumurta təxminin 70 kaloridir. Aşağı kalorili olmasına rəğmən, keyfiyyətli proteini sayəsində uzun müddət tox qalmağınıza səbəb olar.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR